3-19 May tarixlərində Azərbaycan Turizm və Menecment Universitetinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı ilə 2024-cü il «Yaşıl dünya naminə həmrəylik ili» elan edilməsi ilə əlaqədar olaraq «Ekoloji Gələcək» həftəsi çərçivəsində 13 may 2024-cü il tarixində «Gənc Yaşıl İnnovatorlar» Festivalı baş tutub.
Festivalda bir qrup universitet və kolleclərin Tələbə Gənclər Təşkilatlarının nümayəndələri tullantılardan (plastik əşyalar, təkərlər və s) hazırladıqları əşyalar nümayiş etdirilib. Festivalda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbəsi «Tibb bacısı(qardaşı) işi-1» şöbəsinin 507-ci qrup tələbəsi Həsənli İlahənin salfet, kardon və pipetkalardan istifadə edərək hazırladığı əl işi birinci yerə layiq görülüb, diplom və hədiyyələrlə mükafatlandırılıb.
Sonda iştirakçılara sertifikatlar paylanılıb və xatirə şəkli çəkilib.