Edumall Preloader

Gənclər günü

1 (1)
Xəbərlər

Gənclər günü

31 yanvar 2023-cü il tarixində Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə Bakı Konqres Mərkəzində Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı tərəfindən 2 fevral Gənclər Gününə həsr olunmuş Tələbə Gənclər Təşkilatlarının "ReBrend" forumu keçirilmişdir.
 
Forumda 2 nömrəli Bakı Baza Tibb kollecinin Tələbə Gənclər Təşkilatının sədri Zahid Aydın 2022-ci il ərzində ölkədə ictimai və sosial əhəmiyyətli, o cümlədən könüllük fəaliyyətinin təşkili və bu fəaliyyətin həyata keçirilməsində fəal iştirakına görə "İlin Tələbə Gənclər Təşkilatı Sədri", Tələbə Gənclər Təşkilatının fakültə sədri  Bənövşə Zülfüqarova isə  2022-ci il ərzində Proqram əsaslı uğurlu fəaliyyətə verdiyi xüsusi töhfəyə görə "İlin TGT Nümayəndəsi" nominasiyasına layiq görülmüşdür.