Görüş
S.D. Asfendiyarov adına Qazaxıstan Milli Tibb Universitetinin Tibb bacısı işi kafedrasının müdiri S.Seydumanov Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinə işgüzar səfər edib. Səfər çərçivəsində qonaq kollecin tədris prosesi ilə yaxından tanış olub.
Görüş zamanı tibb təhsili sahəsində beynəlxalq təcrübənin mübadiləsi, tədris proqramlarının təkmilləşdirilməsi, elmi-pedaqoji əməkdaşlığın yaradılması və gələcəkdə birgə layihələrin həyata keçirilməsi məsələləri müzakirə olunub. S.Seydumanov kollecdə yaradılmış tədris mühitini yüksək qiymətləndirib, bu cür qarşılıqlı səfərlərin tibb təhsilinin inkişafına mühüm töhfə verdiyini vurğulayıb.
Son xəbərlər
Axtarış