Edumall Preloader

Hamilə qadınlara və erkən yaşlı uşaqlara patronaj xidmətinin universal-mütərəqqi modeli Resurs Modullar üzrə Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb kolleclərininmüəllimləri üçün təlim

Snapinsta.app_353849219_976731150018985_5688179508180228608_n_1080
Xəbərlər

Hamilə qadınlara və erkən yaşlı uşaqlara patronaj xidmətinin universal-mütərəqqi modeli Resurs Modullar üzrə Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb kolleclərininmüəllimləri üçün təlim

13-14 iyun 2023-cü il tarixlərində 2 nömrəli Bakı Baza Tibb kollecində BMT-nin Uşaq Fondu UNİCEF-in təqdim etdiyi “Hamilə qadınlara və erkən yaşlı uşaqlara patronaj xidmətinin universal-mütərəqqi modeli” Resurs Modullar üzrə Azərbaycan Respublikasında fəaliyyət göstərən tibb kolleclərinin müəllimləri üçün təlim keçirildi. Təlimə tibb kolleclərindən 26 nəfər nümayəndə qoşulmuşdur. Təlim tibb kollecləri müəllimlərinin hamilə qadınlara və erkən yaşlı uşaqlara patronaj xidmətinin universal mütərəqqi modelinə dair nəzəri və praktiki bilik və bacarıqlarını artırılması məqsədilə keçirildi.
2 nömrəli Bakı Baza Tibb kollecinin direktoru Dilarə Məmmədəliyeva təlim iştirakçılarını salamlayaraq, UNİCEF-lə əməkdaşlıq, kollecin tədris proqramına 15.09.2020-dən etibarən Resurs Modullarının daxil edilməsi və bu sahədə əldə edilmiş təcrübənin digər tibb kollecləri ilə bölüşmək barədə məlumat verdi.
Daha sonra UNİCEF-in Azərbaycan nümayəndəliyinin eksterti Yelena İsrafilova Azərbaycanda hamilə qadınlara və erkən yaşlı uşaqlara patronaj xidmətinin universal mütərəqqi modelinin tətbiqi, orta tibb işçilərinin patronaj xidmətinə dair bilik və bacarıqlara yiyələnməsi üçün Resurs Modullarından tədris prosesində istifadə olunmasının əhəmiyyətindən və bu işdə 2 nömrəli Bakı Baza Tibb kollecinin xüsusi rolundan danışdı.
Resurs Modullar üzrə interaktiv formada 2 günlük keçirilmiş təlimdə kollecin “Pediatriya” fənn müəllimi, UNİCEF-in Milli Təlimçisi - Rübabə Quliyeva geniş və ətraflı məruzə ilə çıxış etdi.

Son xəbərlər

Snapinsta.app_449501803_18448746214044887_6720065106411329428_n_1080
Xəbərlər
Məzun 2024
Snapinsta.app_447744709_18443338645044887_240032541052585700_n_1080
Xəbərlər
Son nəsil robot
Snapinsta.app_448857005_18446664799044887_8063207288045311437_n_1024
Xəbərlər
Karyerada ilk addım