Edumall Preloader

Hamiləlik məktəbi

5343174d-2256-4eab-ba25-de63ba137c97
Xəbərlər

Hamiləlik məktəbi

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin “Mamalıq işi” şöbəsinin bir qrup tələbəsi 30 sentyabr 2023-cü il tarixində “Liv Bona Dea” Hospitalının əməkdaşları tərəfindən “Hamilə məktəbi” proqramı çərçivəsində təşkil olunmuş “Mamalıq həftəsi” adlı təlimdə iştirak ediblər.

Təlimdə “Hamiləliyin fiziologiyası”, “Hamiləlikdə qidalanma”, “Hamiləlikdə psixoloji sağlamlıq”, “Normal doğum - qeysəriyyə əməliyyatı”, “Doğumda anesteziya”, “Ana südünün əhəmiyyəti”, “Əmizdirmə və yenidoğulmuşun baxımı”, “Yenidoğulmuşlarda başlıca cərrahi patologiyalar (fimoz, hidrosel, tortikolis və b.)” ilə bağlı mövzularla hospitalın əməkdaşları geniş məruzə ilə çıxış ediblər. Təlim iştirakçıların suallarına cavab ilə başa çatdı və tələbələrə sertifikatlar təqdim olundu.