Edumall Preloader

Haqqımızda

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi
2 nömrəli Bakı Baza Tibb kolleci

1975-ci ildə

Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə yaradılmışdır

Haqqımızda

2 nömrəli Bakı Tibb Məktəbi 1947-ci ildən N.Semaşko xəstəxanası nəzdində fəaliyyət göstərən “Tibb bacıları məktəbi” ilə birləşdirilərək 1949-cu ildən etibarən fəaliyyətə başlamışdır. 1951-ci ildən “2 nömrəli Feldşer-mama Məktəbi” adı altında fəaliyyət göstərirdi. 1954-cü ildə “Tibb bacısı”, “Feldşer”, “Mama” ixtisaslarına “Sanitar-feldşer” və “Entomoloq” ixtisasları əlavə olunmuşdur.

1957-ci ildə 2 nömrəli Bakı Tibb Məktəbinə ” Orta tibb işçilərinin ixtisasartırma kursları” əlavə olunmuş və məktəb Lermontov küçəsi 103 ünvanında olan binaya yerləşdirilmişdir.  Bu illər ərzində  tibb məktəbində Respublikanın görkəmli tibb xadimləri: akademik Əziz Əliyev, professor T.A.Tağı-zadə, professor K.R.Şirəliyev, professor A.H.Mehdizadə, professor H.M.İsazadə, professor A.D.Şamçıyev, professor M.İ.Vəlibəyov, professor A.M.Cabbarzadə, t.e.n. B.H.İbrahimova, t.e.n. İ.İ.Qafarov və başqaları müxtəlif fənləri tədris etmişlər.

Azərbaycan SSR Nazirlər Kabinetinin 1974-cü il 22 avqust tarixli 656 nömrəli və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 1974-cü il 14 avqust tarixli 616 nömrəli və 9 sentyabr tarixli 903 nömrəli qərarlarına əsasən orta tibb müəssisələrinin tədris bazasının təkmilləşdirilməsi və möhkəmləndirilməsi məqsədi ilə Bakı 2 nömrəli Tibb Məktəbi Bakı şəhərində yerləşən 3, 5, 6 və 8 nömrəli Tibb Məktəblərini özündə birləşdirmişdir. 

0-83094

1975-ci ildə Ulu Öndər Heydər Əliyev Şərifzadə küçəsi 204 ünvanında 2  nömrəli Bakı Tibb Məktəbi üçün yeni tikilmiş binanın açılışında şəxsən iştirak etmişdir.

Kollec 1975-1987 illərdə Bakı 2 nömrəli Tibb məktəbi, 1988-2009 illərdə Bakı 2 saylı Baza Tibb məktəbi adı altında fəaliyyət göstərirdi. Azərbaycan Respublikası Prezidentinin 14.06.2007-ci il tarixli 589 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 18.06.2007-ci il 68 nömrəli əmri ilə orta tibb işçilərinin “İxtisasartırma və təkmilləşmə kursları” ləğv edilmiş və onun səlahiyyətlərinin icrası Bakı 2 saylı Baza Tibb məktəbinə verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16.06.2010-cu il 112 nömrəli qərarı əsasında Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 25.06.2010-cu il tarixli 47 nömrəli əmri ilə Bakı 2 saylı Baza Tibb Məktəbi 2 nömrəli Bakı Baza Tibb Kolleci adlandırılmışdır.

0-83092

2 nömrəli Bakı Baza Tibb kolleci Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən akkreditasiya olunub. Akkreditasiya kollecin statusunu, mütəxəssis hazırlığının Dövlət Təhsil Standartlarının tələblərinə uyğunluğunu və məzunlarına ayrı-ayrı istiqamətlər üzrə dövlət nümunəli sənəd-subbakalavr diplomu vermək hüququnu təsdiq etmişdir.

Baza statusuna görə 2 nömrəli Bakı Baza Tibb kolleci respublikada fəaliyyət göstərən tibb kolleclərinə metodik köməklik göstərir, onları hazırlanmış və təsdiq olunmuş tədris-metodiki sənədlər, tədris planları, fənn proqramları və metodik tövsiyyələrlə təmin edir, təşkil olunmuş konfranslara və təlimlərə dəvət edir.

Hazırda kollecdə 7 ixtisas üzrə orta ixtisaslı tibb işçisi hazırlanır və onların təkmilləşməsi prosesi həyata keçirilir: mama, tibb bacısı (tibb qardaşı), əczaçı, feldşer-laborant, diş texniki və sanitar-feldşer.

Kollecdə təhsil kredit sistemi ilə həyata keçirilir. Kollecdə təcrübəli və savadlı müəllim heyəti fəaliyyət göstərir. Müəllimlər arasında elmlər namizədləri, əməkdar müəllimlər var.

Aparılan islahatların əsas məqsədi təhsilin keyfiyyətini yüksəltmək, onun inkişafını təmin etmək və yüksək keyfiyyətli orta ixtisaslı tibb kadrlarını yetişdirməkdir. Kollecin məzunları yalnız ölkəmizdə deyil, həmçinin bir çox xarici ölkələrin müxtəlif tibb sahələrində çalışırlar. Biz onların uğurları ilə fəxr edirik!

haqqimizda