Heydər Əliyev 100
Aprel 7, 2023 2025-02-24 17:13Heydər Əliyev 100
04 aprel 2023-cü il tarixində 2 nömrəli Bakı Baza Tibb kollecinin akt zalında “Kliniki laborator müayinə üsulları” və “Mİkrobiologiya” fənn komissiyasının müəllimləri tərəfindən müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan xalqının Ümummilli Lideri, dahi siyasətçi və qüdrətli dövlət xadimi - Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar Ulu öndərin zəngin siyasi irsinin, şərəfli həyat və fəaliyyətinin gənc nəsil tərəfindən daha da dərindən öyrənilməsi ilə bağlı təşkil olumuş növbəti silsilə tədbir keçirildi. Tədbirdə kollecin müəllim və tələbə heyəti iştirak etdilər. Tədbir şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edərək və Azərbaycan Respublikasının Dövlət himni səsləndirərək başlandı.
Tədbirdə " Kliniki laborator müayinə üsulları " fənn komissiyasının sədri - Güllü Hüseynova "Heydər Əliyevin səhiyyədə rolu", “Tibbi biokimya” fənn müəllimi – b.ü.f.d. Aygün Yusifova "Heydər Əliyevin təhsildə rolu" və “Mİkrobiologiya” fənn komissiyasının sədri Gülnarə Əhmədova “Xalqa bağışlanan ömür” mövzusunda geniş məruzə ilə çıxış etdilər.
Tələbələrdən - Xədicə Cəbrayılova qüdrətli dövlət xadiminin səhiyyədə, Çinarə Niftəliyeva təhsildə rolu barədə məlumat verdi və Səbinə Ağazadə “Ulu bir sərkərdə, ulu bir öndər” şerini söylədi.
Sonda tədbir iştirakçıları Ümummilli Lider - Heydər Əliyevin səhiyyə, təhsil və həyat fəaliyyəti ilə bağlı video çarxı izlədilər. “Sən elə bir zirvəsən” mahnısı dinlənildi.
Son xəbərlər
Bayram ziyarəti
Aprel 3, 202531 Mart – Azərbaycanlıların Soyqırımı Günü
Aprel 3, 2025Novruz Bayramı
Aprel 3, 2025Axtarış