2 nömrəli Bakı Baza Tibb kollecinin akt zalında “Sinir-ruhi xəstəlikləri” fənn komissiyasının müəllimləri tərəfindən Azərbaycan xalqının Ümummilli Lideri - Heydər Əliyevin anadan olmasının 100 illik yubiliyinə həsr olunmuş növbəti silsilə tədbir kecirildi. Tədbiri giriş sözü ilə “Sinir-ruhi xəstəlikləri” fənn komissiyasının sədri - Zemfira Əzizova açıq elan edərək, bütün təhsil ocaqlarında olduğu kimi kollecin “Sinir-ruhi xəstəlikləri” fənn komissiyasının müəllimlərinin də konfransa böyük həvəslə hazırlaşdıqlarını qeyd etdi.
Çıxış üçün söz fənn komissiyasının müəllimi - Aytən Qəbilovaya verildi. O, “Ulu Öndər - Heydər Əliyevin irsi milli sərvətimizdir” adlı mövzusu ilə çıxış edərək, Ümummilli Liderimiz Heydər Əliyevin müsiqiyə, şeirə, ümumiyyətlə incəsənətə böyük marağı, məhəbbəti olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırdı.
“Tibb bacısı (qardaşı) işi-1” şöbəsinin tələbələri - Məryəm Məmmədova, Telli Səlimova və Tükəz Novruzova qüdrətli dövlət xadiminin xatirəsinə həsr olunmuş seirlər söylədilər.