Edumall Preloader

Heydər Əliyev -100

Snapinsta.app_342185947_1274732853461791_2314890449820588574_n_1080
Xəbərlər

Heydər Əliyev -100

2 nömrəli Bakı Baza Tibb kollecinin akt zalında “Epidemiologiya” və “İnformasiya texnologiyaları” fənn müəllimlərinin təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü il dönümünə həsr olunmuş tədbir keçirilib. Tədbirdə kollecin müəllim və tələbə heyəti iştirak ediblər.
“Epidemiologiya” fənn müəllimi - Gülnar İsrafilovanın “Heydər Əliyev fondu”, “İnformasiya texnologiyaları” fənni kabinetinin müdüri - Natəvan Abuşovanın “Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərliyi dövründə İKT-nın inkişafındakı rolu”, və “İnformasiya texnologiyaları” fənn müəllimi - Sona Quliyevanın “Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda təqdimatları olub.

“Laboratoriya diaqnostikası” şöbəsinin tələbələri - Çinarə Niftəliyeva “Heydər Əliyev səhiyyədə”, Nigar Allahverdiyeva “Heydər Əliyevin ömür yolu”, “Əczaçılıq” şöbəsinin tələbəsi - Aytəkin Əzimli isə “Akademik Zərifə Əliyeva” mövzusunda təqdimatlarla çıxış ediblər.

Tədbirin sonunda Natəvan Abuşova Ulu Öndərin ideyalarının həyata keçdiyini əks etdirən video çarx nümayiş etdirdi.