Edumall Preloader

Heydər Əliyev 100

Snapinsta.app_344863576_189719563936543_5830328527449620846_n_1080
Xəbərlər

Heydər Əliyev 100

2 nömrəli Bakı Baza Tibb kollecinin akt zalında 03.05.2023-cü il tarixində “Heydər Əliyev ili” çərçivəsində Ümummilli Lider, Ulu Öndər - Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş növbəti tədbir keçirildi.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Ulu Öndər - Heydər Əliyevin və 44 günluk II Vətən Müharibəsi şəhidlərinin əziz ruhu bir dəqiqəlik sükutla yad edildi.
Kollecin direktoru Dilarə Məmmədəliyeva Ulu Öndər - Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən, dövlətimizin qurulması və güclənməsi istiqamətində həyata keçirdiyi fəaliyyətindən danışdı.
Sonra “Ümumi tibbi fənlər” fənn birləşməsinin sədri Safuraxanım Muxtarova “Ümummilli Lider - Heydər Əliyevin səhiyyənin inkişafında rolu” mövzusunda geniş məruzə ilə çıxış etdi. “Heydər Əliyev və Azərbaycanda təhsilin inkişafı” mövzusunda məruzə ilə diplomdansonrakı təhsil üzrə təkmilləşdirmə şöbəsinin metodisti Vəfa Əliyeva çıxış etdi. “Müstəqil Azərbaycan dövlətçiliyinin qurulması və möhkəmləndirilməsində Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda “İctimai” fənn müəllimi Zaur Qasımov məruzə etdi.
Kollecin Yeni Azərbaycan Partiyası Ərazi İlk Partiya Təşkilatının sədri Gülər Qulu-zadə “Heydər Əliyev ili” və Ümumilli Lider - Heydər Əliyevin 100 illik münasibətilə kollecin Yeni Azərbaycan Partiyası Ərazi İlk Partiya Təşkilatının işində göstərdiyi fəallığa görə kollecin 6 əməkdaşı Fəxri Fərmanla təltif etdi.
Eyni zamanda idman yarışlarında qızlar arasında voleybol idman növü üzrə II yerə layiq görülmüş komandamızın üzvləri Fəxri Fərman və hədiyyələrlə mükafatlandırıldılar.
Daha sonra Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilmiş videoçarx nümayiş olundu. Tədbir rəngarəng bədii-ədəbi hissə ilə davam etdirildi.