Edumall Preloader

“Heydər Əliyev ili”

335783708_1270209880196532_7164980406857333211_n
Xəbərlər

“Heydər Əliyev ili”

“Heydər Əliyev ili” çərçivəsində 14.03.2023-cü il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecinin akt zalında müəllim və tələbələrin iştirakı ilə tədbir keçirildi. “Pediatriya” fənn komissiyasının sədri Yelena Məlikova “Ulu Öndərin həyat və fəaliyyəti” mövzusunda, “Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti” fənn komissiyasının sədri Əvəz Verdiyev “Azərbaycan səhiyyəsinin inkişafında Heydər Əliyevin böyük rolu” mövzusunda çıxış etdilər. Bütün ömrünü Azərbaycanın tərəqqisinə həsr edən, milyonların qəlbində əbədi yaşayan Ümummilli lider Heydər Əliyevin hər zaman gənc nəslə örnək olan həyat və fəaliyyətindən bəhs edən tədbir tələbələrin böyük marağına səbəb oldu.
“Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim vətənimdir, mənim torpağımdır!”

Ümummilli Lider Heydər Əliyev