Edumall Preloader

Heydər Əliyev ili çərçicəsində təlim

Snapinsta.app_343434546_1749465478843876_6793040636407898370_n_1080
Xəbərlər

Heydər Əliyev ili çərçicəsində təlim

27 aprel 2023-cü il tarixində 2 nömrəli Bakı Baza Tibb kollecinin akt zalında “Liv Bona Dea” Hospitalının əməkdaşları tərəfindən Heydər Əliyev ili çərçivəsində təlim keçirildi.

Hospitalın əməkdaşları “Təlim və inkişaf” üzrə tibb bacısı Turanə Türkoğlu və “İnfeksiya kontrol” üzrə tibb bacısı Ramilə Əhmədova “Beynəlxalq xəstə təhlükəsizliyi hədəfləri”, “İnfeksion kontrolun önəmi” və “Mamalıq sənəti” mövzularında geniş məruzə ilə çıxış etdilər.

Təlimdə kollecin bir qrup müəllim, "Mamalıq işi", “Tibb bacısı (qardaşı) işi -1” və “Tibb bacısı (qardaşı) işi -2” şöbələrinin tələbə heyəti iştirak etdilər.