Edumall Preloader

Heydər Əliyev ili çərçivəsində konfrans

1680690012886
Xəbərlər

Heydər Əliyev ili çərçivəsində konfrans

03.04.2023-cü il tarixində Heydər Əliyev ili çərçivəsində növbəti konfrans təşkil olunmuşdur. Konfransda kollecin müəllimləri, müdavimləri və tələbələri iştirak etmişdir.

Konfransı giriş sözü ilə kollecin metodisti Vəfa Əliyeva açıq elan edərək, Heydər Əliyevin şərəfli həyat yolu, dövlətimizə və səhiyyəmizə qazandırdığı nailiyyətlər haqqında tədbir iştirakçılarına geniş məlumat verdi. Ümummilli liderin dövlətimizin xilaskarı olduğunu əks etdirən video çarx nümayiş etdirildi.

Sonda kollecin müəllimi-İradə Əhmədovanın “Doğum evlərində yenidoğulmuşlara ilk tibbi yardımın təşkili” mövzusunda çıxışı konfrans iştirakçıları tərəfindən böyük maraqla dinlənildi.