Edumall Preloader

Heydər Əliyev və Səhiyyə

41a09624-a904-4edf-a22b-debb0fdf7ba9
Xəbərlər

Heydər Əliyev və Səhiyyə

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində “Heydər Əliyev ili” çərçivəsində 22 noyabr 2023-cü il tarixində “Yoluxucu xəstəliklər” fənn birləşməsinin müəllimləri tərəfindən ulu öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə “Yoluxucu xəstəliklər” fənn müəllimi Arzu Seydiyarova “Heydər Əliyev və səhiyyə”, Mehriban Təhməzli “Heydər Əliyev və gənclik” mövzusunda çıxış ediblər.
“Mamalıq işi” şöbəsinin tələbəsi Sevinc Abbasova “Ulu Öndərin arzularının gerçəkləşməsi” mövzusuna, “Tibb bacısı (qardaşı) işi” şöbəsinin tələbələri isə Ulu Öndərə həsr olunan mahnı, şer və səhnəciklə çıxış ediblər.
Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilən video çarx nümayiş olunub.