Edumall Preloader

İ.M.Seçenov adına BMDTU-nin Tədris-Simulyasiya Mərkəzi və 2 nömrəli Bakı Baza Tibb kolleci arasında əməkdaşlığa start verildi

PHOTO-2022-12-15-19-29-38
Xəbərlər

İ.M.Seçenov adına BMDTU-nin Tədris-Simulyasiya Mərkəzi və 2 nömrəli Bakı Baza Tibb kolleci arasında əməkdaşlığa start verildi

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin (BMDTU) Bakı filialının Tədris-Simulyasiya Mərkəzi və 2 nömrəli Bakı Baza Tibb kolleci arasında 12 oktyabr 2022-ci il tarixində əməkdaşlıq müqaviləsi bağlanmışdır.

İ.M.Seçenov adına BMDTU-nin Bakı filialının Tibbi Tədris-Simulyasiya Mərkəzinin rəhbəri Zəhra Vəzirova ilə öncədən aparılmış görüşlər və danışıqlar əsnasında təlimlərin qrafikləri tərtib edilmişdir. Tələbələrin təlimlərdə qrup şəklində cədvəl üzrə iştirakı nəzərdə tutulmuşdur.  

Görüş zamanı mərkəzin rəhbər müavini Tamilla Məmmədova kollecin direktoru Dilarə Məmmədəliyevanı və tələbələri qarşılayaraq burada bütün ixtisaslarda tibb mütəxəssislərinin hazırlanması, orta tibb personalının ixtisas bacarıqlarına yiyələnməsi, fərdi praktik vərdişlərin öyrədilməsi və təkmilləşdirilməsi, eyni zamanda, yeni bacarıqların əldə edilməsi istiqamətində aparılan işlər barədə geniş məlumat verib.

Öz növbəsində D.Məmmədəliyeva bildirib ki, tələbələrin peşə bacarıqları səviyyəsinin və təcrübi vərdişlərinin təkmilləşdirməsi üçün bu mərkəzin fəaliyyətinin böyük önəmi var çünki burada praktik təlim və bacarıqların səviyyəsinin qiymətləndirilməsi məqsədi ilə ən müasir texnologiyalar və şərait mövcuddur. 

14 dekabr 2022-ci il tarixində “Təməl ürək-ağciyər reanimasiyası. AXD-run istifadəsi. İlkin yardım” adlı təlimdə ilk olaraq tədrisdə fərqlənən tələbələr iştirak etdi. D.Məmmədəliyeva simulyasiya tədrisi müasir tibb təhsili üçün qızıl standart olduğunu vurğulayaraq  Tədris-Simulyasiya Mərkəzində yaradılan şəraitdən məmnunluğunu bildirib bu əməkdaşlığın çox önəmli və uzunmüddətli olduğunu qeyd etdi. Mərkəzin kollektivinə uğurlar arzuladı.