Edumall Preloader

İdman yarışları

df215d0e-b2f0-4311-9e04-88602c7da19d
Xəbərlər

İdman yarışları

Ümummilli Lider Heydər Əliyev cənablarının 100 illiyi çərçivəsində Yasamal Rayon Gənclər və İdman İdarəsinin Yasamal Rayon Yeni Azərbaycan Partiyası təşkilatı ilə birgə keçirtdiyi İdman yarışları turnirində 6 idman növü üzrə 7 adda yarış keçirildi. Voleybol üzrə qızlar və oğlanlar arasında yarış Yasamal rayonunun ali və orta ixtisas təhsil müəssisələri tələbələri arasında keçirildi.
Hər bir yarış növünə müxtəlif təhsil müəssisələri ev sahibliyi edirdi. Oğlanlar və qızlar arasında voleybol üzrə yarışlara 2023-cü il 20-25 aprel tarixində qızlar, 26-27 aprel tarixlərində isə oğlanlar arasında voleybol yarışları üçün 2 nömrəli Bakı Baza Tibb kolleci ev sahibliyi edirdi.

Minifutbol yarışları ilə 17 aprel 2023-cü il tarixindən start götürən turnir 1 may 2023-cü il tarixində Bakı Dövlət Universitetinin idman stadionunda minifutbol üzrə son yarışla başa çatdı. Yarışın sonunda rayon ictimai xadimlərinin, millət vəkillərinin və idmançıların iştirakı ilə qalib komandalarının təltif olunma mərasimi keçirildi. 2 nömrəli Bakı Baza Tibb kolleci qızlardan ibarət 12 nəfərlik voleybol komandası II yerin qalibləri kimi təltif olundular.