Edumall Preloader

İdman yarışları

1650711364583
Xəbərlər

İdman yarışları

22.04.2022-ci il tarixində Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatı və Yasamal Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 2 nömrəli Bakı Baza Tibb kollecində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu il dönümünə həsr olunmuş voleybol yarışları keçirilmişdir.

Yarışlarda Yasamal rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssələrinin tələbələrindən ibarət komandalar iştirak etmişdilər. Bu yarışların keçirilməsində məqsəd-Ümummilli Lider Heydər Əliyevin anadan olmasını təntənəli sürətdə qeyd etmək, gəncləri idmanla aktiv məşğul olmağa cəlb etmək, gənclər arasında sağlam həyat tərzini təbliğ etmək, rayon ərazisində kütləvi bədən tərbiyəsi və idman ənənələrini qoruyub saxlamaq və inkişaf etdirmək, eləcə də gənclərin asudə vaxtlarını səmərəli təşkil etməkdən ibarət olmuşdur.