Edumall Preloader

İdmançı tələbələrimiz

Snapinsta.app_415991176_18412595386044887_6831847673347188161_n_1080
Xəbərlər

İdmançı tələbələrimiz

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələri peşə sahələrində bacarıqları və nailiyyətləri ilə hər zaman seçiliblər. Bununla yanaşı mədəniyyət və idman sahəsində uğurları ilə bizi fərəhləndirən tələbələrimiz də var. Onlardan “Əczaçılıq” şöbəsinin tələbələrinin adlarını xüsusi ilə qeyd etmək istəyirik:
303-cü qrup Abbasova Gülçöhrə - Brazil Karatesi Kapoeyra İdman növü üzrə-Dünya çempionatında II yer, 5 qat Bakı çempiomu, 6 qat Respublika çempionu və Estoniyada keçirilən yarışlarda III yer qazanıb.
360-cı qrup Şıxəliyev Amin - Parataekvondo idman növü üzrə - III Uşaq Paraolimpiya İdman oyunları çempionu, IV Uşaq Paraolimpiya İdman oyunları II yer, V Uşaq Paraolimpiya İdman oyunları II yer, Klublararası liqa döyüşləri I, II, III yerlər, Klublararası sezon finalı Liqa döyüşlərində II, III yerlər, Respublika çempionatında I yer, Avropa çempionatında III yer, Avropa Paraolimpiya oyunlarında III yer qazanıb.
361-ci qrup Nəbiyeva İlahə - Fransız boksu Savate idman növü üzrə - Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi xatirəsinə həsr olunan açıq Turnir, 8 noyabr Zəfər gününə həsr olunan açıq Turnir və Respublika çempionatında I yer tutmuş, 3 qızıl medal qazanıb.
Yeni ildə onlara yeni qələbə uğurları arzu edirik!