“İmmunizasiya və profilaktika” elmi-təcrübi konfrans
20.12.2022-ci il tarixində “Epidemiologiya” fənnbirləşmə tsiklinın təşəbbüsü ilə “İmmunizasiya və profilaktika” mövzusunda elmi-təcrübi konfrans keçirildi. Tədbirdə kollecin müəllimi - Gülnar İsrafilova yoluxucu xəstəliklərin aradan qaldırılması və idarə edilməsi üçün profilaktik peyvəndlərin əhəmiyyətli rolundan danışdı. Tələbələr “Uşaqları peyvənd etdirək ya yox?” mövzusunda kiçik səhnəcik təqdim etdilər. Tədbirin sonunda iştirakçılar tərəfindən yönləndirilən suallar cavablandırıldı.