21-27 aprel 2024-cü il tarixlərində respublikanın şəhər və rayonlarında İmmunlaşdırma Həftəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyində əmr imzalanmışdır.
İmmunlaşdırma həftəsi çərçivəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələri və kollecin nəzdində fəaliyyət göstərən “Orta tibb işçilərinin və əczaçıların diplomdan sonrakı təhsili üzrə təkmilləşdirmə” şöbəsinin müdavimləri üçün maarifləndirici seminar və dəyirmi masalar keçirilir.