Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 2024/2025-ci tədris ilinin payız imtahan sessiyası davam edir. İmtahanlar test üsulu ilə kollecin Virtual Test Mərkəzində təsdiq olunmuş cədvəl üzrə aparılır. Tələbələrə öncədən imtahan cədvəlləri, sualları və nümunə testlər təqdim olunub. İmtahanların gedişinə operativ nəzarət və tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı təmin etmək məqsədilə “İmtahan Qərargahı” yaradılıb. İmtahanların idarə olunması üçün tədris-köməkçi heyətdən ibarət Nəzarət qrupu, “Apellyasiya komissiyası” və “Qaynar xətt” fəaliyyət göstərir. İmtahan zamanı akademik borcu yaranan eyni zamanda üzrlü, üzrsüz səbəbdən iştirak etməyən tələbələrə 03.02-06.02.2025-ci il tarixlərində təkrar imtahan təşkil olunacaq. Bütün tələbələrə imtahanlarda uğurlar arzulayırıq!