Edumall Preloader

“Karyerada ilk addım” devizi altında məşğulluq yarmarka

Snapinsta.app_355215457_1238376106883046_1421543931995297006_n_1080
Xəbərlər

“Karyerada ilk addım” devizi altında məşğulluq yarmarka

21 iyun 2023-cü il tarixində Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 2022/2023-cü tədris ilinin məzunları üçün "Karyerada ilk addım” devizi altında məşğulluq yarmarkası təşkil edilib.
Kollecin direktoru Dilarə Məmmədəliyeva ilk dəfə olaraq orta ixtisaslı tibbi kadrlar üçün təşkil edilən yarmarkanın əhəmiyyəti barədə məlumat verərək deyib: “Əsas məqsəd məzunların işlə təmin olunmasına dəstək göstərmək, onların işəgötürənlərlə birbaşa əlaqəsinin yaradılmasıdır. Bu il kolleci tibb bacısı (qardaşı) işi, mamalıq işi, müalicə işi və əczaçılıq ixtisasları üzrə 503 tələbə bitirir. Məzunların 73 nəfəri regionlardakı tibb müəssisələrində işləmək arzusunda olduqlarını bildiriblər. Ona görə də bugünkü məşğulluq yarmarkasına Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyində olan tibb müəssisələri, digər dövlət və özəl tibb müəssisələri və özəl aptekləri dəvət etmişik. Güman edirik ki, məzunlarımızın bir qrupu həmin tibb müəssisələrində özlərinə iş tapa biləcəklər”.
Kollecdə keçirilən yarmarkada “Tibb bacısı (qardaşı) işi” və Mamalıq işi” şöbələrini bitirən 405 məzun üçün iş yerləri təklif olunub.
Yarmarkada tələbə və məzunlar işəgötürənlərə CV anketlərini və şəxsi məlumatlarını təqdim edib, işəgötürənlər isə müvafiq ixtisaslar üçün kadr seçimi aparmaq imkanı qazanıblar.
Kollecin “Müalicə işi” şöbəsinin 3-cü kurs tələbəsi Yusif Topulzadə deyib: “Ölkəmizin aparıcı klinikalarının yarmarkaya dəvət olunması çox yaxşı haldır və məzunların işlə təmin olunmasına çox böyük diqqət və qayğı deməkdir. Yarmarkada iki özəl klinikaya öz CV-i anketimi təqdim etmişəm. Güman edirəm ki, ən yaxın günlərdə müraciətimə müsbət cavab veriləcək”.
Başqa bir məzun Bəylər Məmmədov isə bildirib ki, kollecdə iki ixtisasa - əvvəlcə “Ortopedik stomatologiya” şöbəsini bitirib, bu il isə tibb qardaşı ixtisasına yiyələnib. O, öz arzusuna uyğun olaraq Bakı Sağlamlıq Mərkəzinin reanimasiya şöbəsində işə qəbul olunmaq istəyir. Özü haqqında məlumatları həmin tibb müəssisəsinə təqdim edib.
Məzunlar onların işlə təminatı üçün yaradılan imkanı yüksək dəyərləndiriblər.
İyunun 22-də yarmarka “Əczaçılıq” şöbəsinin 89 məzunu üçün təşkil ediləcək.

Son xəbərlər

Snapinsta.app_449501803_18448746214044887_6720065106411329428_n_1080
Xəbərlər
Məzun 2024
Snapinsta.app_447744709_18443338645044887_240032541052585700_n_1080
Xəbərlər
Son nəsil robot
Snapinsta.app_448857005_18446664799044887_8063207288045311437_n_1024
Xəbərlər
Karyerada ilk addım