Edumall Preloader

“Kimya Həyatdır”

Snapinsta.app_410936217_18409133197044887_1300878446266399121_n_1080
Xəbərlər

“Kimya Həyatdır”

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində ulu öndər Heydər Əliyev ili çərçivəsində 06 dekabr 2023 cü il tarixində “Kimya Həyatdır” adlı konfrans keçirilib. Konfransda “Ulu Öndərin həyat və fəaliyyəti, kimya elminə və sənayesinə diqqət və qayğısı” mövzusunda kimya müəllimi Ülviyyə Bayramova, “Azərbaycanın görkəmli kimyaçı alimləri və onların dünyaca məşhur kəşfləri” haqqında kimya fənn müəllimi Nailə Şirəliyeva, “Kimya həyatdır” mövzusunda kimya fənn müəllimi Sevda İsmayılova çıxış ediblər. Kimya elminin gündəlik həyatımızda rolu və əhəmiyyəti vurğulanıb. Bu barədə müxtəlif rubrikalar və bilgilər tələbələrin iştirakı ilə təqdim olunub. Konfransın mövzusuna uyğun müxtəlif video çarxlar təqdim olunub.