Edumall Preloader

Kitabxana

Kitabxana

Ümumi Məlumat

2 nömrəli Bakı Baza Tibb Kollecində zəngin kitabxana fəaliyyət göstərir. Oxu zalı fasiləsiz internetə qoşulmuş komputerlərlə təmin edilmişdir. Kitab fondu mütəmadi olaraq müasir tibbi ,bədii ədəbiyyat və dərsliklərlə zənginləşdirilir.

Kitabxananın nəzdində “elektron kitabxana” fəaliyyət göstərir. Tələbələr, müəllimlər və müdavimlər elektron kitabxana fondundan da istifadə edirlər .

2 nömrəli Bakı Baza Tibb Kollecinin kitabxanasında “2023 Heydər Əliyev İLİ” ilə əlaqədar tədbirlər planı çərçivəsində “Heydər Əliyev 100” adlı kitab sərgisi açılıb. Sərginin açılışında kollecin direktoru Dilarə Məmmədəliyeva: ”2023-cü ilin “Heydər Əliyev ili” elan edilməsi ilə əlaqədar prezident  İlham Əliyev  29 sentyabr 2022-ci ildə xüsusi sərəncam imzalamışdır. 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İLİ” elan olunması Ulu Öndərimizin şəxsiyyətinə, ictimai-siyasi fəaliyyətinə verilən qiymətdir.  Qədirbilən xalqımız bu qərarı böyük rəğbət hissi ilə qarşıladı.”-söylədi.

Kollecin tədris-tərbiyə işləri üzrə direktor müavini Vəfa Əliyeva :”  Heydər Əliyevin şərəfli həyat yolunun,xalqımız üçün əvəzsiz xidmətlərinin gənc nəslə çatdırılması işində sərgi çox əhəmiyyətlidir. Heydər Əliyevin ömür yolu təkcə Azərbaycanla məhdudlaşmamış , ölkəmizin hüdudlarından kənarda da o, nüfuzlu söz sahibi olmuşdur.Bu gün Ulu Öndərin xarici və daxili siyasətini onun layiqli davamçısı İlham Əliyev uğurla davam etdirir. Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun tarixi qələbəsi, Azərbaycan torpaqlarının düşmən tapdağından azad edilməsi  Heydər Əliyev arzularının gerçəkləşməsinin təcəssümüdür .”- dedi.

Açılışdan sonra tədbir iştirakçıları sərgi ilə tanış oldular. Sərgidə Ümummilli Liderin mənalı ömür yolu,fəaliyyəti, müstəqil  Azərbaycanın dövlət quruculuğunda xüsusi xidmətlərini əks etdirən kitablar nümayiş etdirilib.

İxtisas üzrə elektron dərs vəsaitlər

2 nömrəli Bakı Baza Tibb Kollecinin rəhbərliyi və müəllim heyəti tərəfindən 7ixtisas: Müalicə işi,Tibb bacısı (qardaşı) işi, Mamalıq işi,  Əczaçılıq, Laboratoriya diaqnostikası, Ortopedik stomatologiya,  Tibbi profilaktika üzrə elektron dərs vəsaitləri Dövlət Standartı və tədris planı üzrə tərtib olunmuş proqrama əsasən hazırlanmış,metodiki şurada müzakirə edilib təsdiq olunmuşdur. Bu elektron vəsaitlər kollecin rəhbərliyinin, müəllimlərin və eləcə də kompüter operatorlarının böyük zəhməti nəticəsində ərsəyə gəlmişdir. Elektron vəsaitlərdə bütün fənlərdən olan mövzular geniş (illüstrasiyalarla) izah olunmuş və tibbin ən aktual problemləri öz əksini tapmışdır.

Kollecimizin müəllimləri tərəfindən tibb kollecinin tələbə və müdavimləri üçün yazılan dərs vəsaitləri