21 iyun 2024-cü il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində "Dayaq" Sosial Maarifləndirmə İctimai Birliyinin təşəbbüsü ilə "Könüllü sosial xidmətçilik" layihəsi çərçivəsində tədbir keçirilib. Tədbirin əsas məqsədi qayğıya ehtiyacı olan insanlara sosial xidmətin göstərilməsində ictimai rolun artırılması, dövlət siyasətinə dəstək vermək, zəruri ehtiyacların ödənilməsində könüllülük prinsipi əsasında işin qurulmasına təşviq etməkdən ibarətdir. Sonda tələbələrin sualları cavablandırılıb və könüllü olaraq sosial xidmət göstərmək istəyən tələbələrə bu barədə ətraflı məlumat verilib.