Edumall Preloader

Koronavirus (COVİD-19)

Koronavirus (COVİD-19)
Xəbərlər

Koronavirus (COVİD-19)

Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 10.03.2020-ci il tarixindən təhsil prosesinin təşkili haqqında.

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tədris prosesi 2020-ci ilin mart ayının 3-dən dayandırılmışdır. 10.03.2020-ci il tarixindən 2 nömrəli Bakı Baza Tibb kollecində tələbələrə təhsilin davamlılığını təmin edilməsi məqsədilə təhsil proqramlarının mənimsənilməsi imkanlarının təmin edilməsi və təlim-tədris prosesinin məsafədən təşkili məqsədi ilə aşağıda qeyd olunanlar həyata keçirilir:

– Müəllimlər tərəfindən hazırlanan videodərslər internet vasitəsilə tələbələrə
təqdim olunur;

– Tələbələrə proqramlara və dərs cədvəllərinə uyğun materiallar göndərilir;

– Mövzulara dair izahat və təlimatlar əlavə olunur;

– İnternet vasitəsilə yaradılan müəllim-tələbə qruplarda mövzuların
müzakirəsi, sual-cavab aparılır;

– Kollecin saytında yerləşdirilən elektron kitabxana – onun tərkibində
kollecin müəllimləri tərəfindən bütün ixtisaslar və onlara aid olan fənlər
üzrə mühazirə və təcrübə dərslərinə aid mövzular,şəkillər,prezentasiyalar
elektron disklər şəklində hazırlanıb tələbələrin istifadəsinə verilib;

– Kollecin kitabxanasında mövcud olan və tədris prosesində istifadə olunan
müxtəlif müəlliflər tərəfindən yazılan dərs vəsaitləri elektron formatda
kollecin saytının elektron kitabxana bölməsində yerləşdirilib.

Tədris prosesinin distant şəklində aparılması kollecin rəhbərliyinin ciddi
nəzarətindədir.