Edumall Preloader

Laboratoriya diaqnostikası

“Laboratoriya diaqnostikası” şöbəsi

2 nömrəli Bakı Baza Tibb Kollecində 1975-ci ildən fəaliyyət göstərir.

İxtisas: Feldşer-laborant
Peşə-ixstisas dərəcəsi: Subbakalavr
Təhsil müddəti: 3 il Tam orta təhsil bazasında
İxtisas kodu: 040705

DSC_0202yu5tr

Məzunların peşə fəaliyyəti

Laboratoriya diaqnostikası şöbəsinin məzunu müalicə-profilaktika və  sanator-kurort müəssisələrinin, tibbi elmi-tədqiqat insitutlarının, GEM, hospital, tibb mərkəzlərinin kliniki, biokimyəvi, bakterioloji, sitoloji, və seroloji laboratoriyalarında fəaliyyət göstərə bilər.

Məzunların peşə fəaliyyətinin əsas istiqamətləri

Feldşer-laborant

Laborant

Tibbi statistik

“Laboratoriya diaqnostikası” şöbəsinin məzunu bilməli və bacarmalıdır

  • Azərbaycan Respublikasının qanunlarını və səhiyyəyə aid hüquqi-normativ aktları;
  • Tibbi etika və deontologiyanın əsas prinsiplərini;
  • Mikrobiologiyanın əsaslarını;
  • Tibb müəssisələrində sanitar-gigiyenik rejimə, aseptika və antiseptika qaydalarına, alətlərin sterilizasiya şərtlərinə riayət etməyi;
  • Laborator cihazların və aparatların işlək vəziyyətdə olmasının yoxlanılması;
  • Müayinə cihazlarını, həmçinin müasir avtomat, yarımavtomat cihazları işlətməyi;
  • Təhlükəsizlik texnikası qaydalarını;
  • Laboratoriya sənədlərinin və müayinə blanklarının doldurulmasını;
  • Dezinfeksiyaedicilərin xüsusiyyətlərini və onların işlənməsi qaydalarını;
  • Boksda işin xüsusiyyətlərini;
  • Qoruyucu paltarların istifadəsini;
  • Steril işçi geyiminin istifadəsini;
  • Bioloji materialı qəbul etməyi və qeydiyyata almağı;
  • Yeni laborator müayinə üsullarını;
  • Hematoloji, biokimyəvi, mikrobioloji, immunoloji, histoloji laborator müayinələrin aparılmasını;
  • Reaktivlərin seçilməsi, saxlanması, hazırlanması və keyfiyyətinin yoxlanılması;
  • Ümumi klinik laborator müayinələrin aparılmasını;
  • Müayinələrin cavablarının yazılmasını, saxlanılmasını, pasientlərə və şöbələrə çatdırılmasına nəzarət edilməsini;
  • İşlənmiş materialın dezinfeksiya və zərərsizləşdirməyi;
  • Yoluxucu materialla işləmə qaydasını;
  • Bioloji materialın götürülmə üsullarını;
  • Dezinfeksiyaedici məhlulları hazırlamağı;
  • Qidalı mühitlərin hazırlanmasını;
  • Pasientlərdən bioloji materialların götürülməsi, toplanması, daşınması və saxlanması;
  • Bioloji materialın laborator müayinəsini həyata keçirməyi;
  • Mikrob koloniyasını yetişdirməyi, istifadə olunmuş biloloji materialların atılması və utilizasiyasını;
  • Müayinələrin keyfiyyətinə nəzarət etməyi, analizlərin düzgünlüyünü və etibarlılığını təmin etməyi;
  • Tibbi sənədləri tərtib etməyi;
  • Təxirəsalınmaz vəziyyətlərdə həkiməqədər yardım göstərməyi.

Tədris olunan fənlər

  • İnsanın normal anatomiya və fiziologiyası
  • Ümumi və xüsusi patologiya
  • Farmakologiya reseptura ilə
  • Tibbi genetika
  • Laborator işlərin texnikası
  • Kliniki laborator müayinə üsulları
  • Biokimya, biokimyəvi müayinə üsulları ilə
  • Mikrobiologiya, mikrobioloji müayinə üsulları ilə
  • Tibbi parazitologiya
  • Gigiyena sanitar gigiyenik müayinə üsulları ilə
  • İlk tibbi yardım
  • Histologiya, histoloji müayinə üsulları ilə
  • Sitoloji müayinə üsulları
  • Analitik kimya
  • Hərbi tibbi hazırlıq və fəlakətlər təbabəti
  • Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
  • Azərbaycan tarixi
  • Xarici dildə işgüzar və akademik kommunikasiya
  • Hüququn əsasları
  • İnformasiya texnologiyaları