Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin və "Azərbaycan Gənclərinin İnkişaf Hərəkatı" İctimai Birliyinin birgə təşkilatçılığı ilə 28 oktyabr 2024-cü il tarixində "Mədəniyyətimizdə bu gün" adlı təbdir keçirilib. Layihənin qonağı xalq şairi, dramaturq, Azərbaycan Yazıçılar İttifaqının üzvü, akademik Nəriman Həsənzadə olub. Kollecin direktoru Dilarə Məmmədəliyeva tədbir iştirakçılarını salamlayaraq, dəvəti qəbul etdiyi üçün xalq şairinə dərin təşəkkürünü bildirib. Tədbirdə Nəriman Həsənzadənin həyat və yaradıcıllığına həsr olunan videoçarx nümayiş olunub, musiqi nömrələri, qiraətçilər tərəfindən şeirlər səsləndirilib. Sonda tədbir iştirakçıları tərəfindən şairə yaradıcıllığı və həyatı barəsində suallar verilib.