Edumall Preloader

Mərkəzi Gömrük Hospitalında təcrübə

334255433_590951663091344_3901902791357199189_n
Xəbərlər

Mərkəzi Gömrük Hospitalında təcrübə

Mərkəzi Gömrük Hospitalında təcrübə keçən Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələri üçün təlim keçirilib.

2 mart 2023-cü il tarixində Mərkəzi Gömrük Hospitalında təcrübə keçən Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələri üçün “Səhiyyə və sağlamlıq sahəsində könüllülük və sosial fəaliyyətin vacibliyi, yerli və beynəlxalq könüllülük imkanları” mövzusunda təlim keçirilib.
Təlim zamanı Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin mütəxəssisi Şəhla Mirzəzadə könüllülüyün inkişaf tarixi, səhiyyə sahəsində könüllü fəaliyyətin vacibliyi, o cümlədən səhiyyə sahəsində yerli və beynəlxalq könüllülük imkanları, könüllülük müraciətləri zamanı zəruri olan prosedurlar və s. barədə ətraflı məlumat verib və tələbələri maraqlandıran sualları cavablandırıb.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzi tərəfindən Mərkəzi Gömrük Hospitalında təcrübə keçən Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecinin tələbələri üçün təlim fəaliyyət planı hazırlanıb. Bu plan əsasında tələbələrə müxtəlif ixtisaslı peşəkar mütəxəssislər tərəfindən şəxsi və peşəkar inkişaf məqsədli təlimlər həyata keçiriləcəkdir. Təlimlərin yekununda tələbələrin nəzəri və praktiki tibbi bilikləri ilə yanaşı, liderlik və təşkilati bacarıqlarının da təkmilləşdirilməsi planlaşdırılır.