Edumall Preloader

Məzun 2019

Məzun 2019
Xəbərlər

Məzun 2019

2019.06.24 Məzun günü keçirildi. Tədbirdə Yasamal rayon İcra Hakimiyyətinin başcısı Əziz Əzizov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Kollegiyasının üzvü, Respublika Klinik xəstəxanasının baş həkimi Telman İbadov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kadrlar, Elm, Təhsil şöbəsinin müdir müavini Səidə Rüstəmova və kollecin müəllim-tələbə heyəti iştirak etdi. Tədbiri kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq qeyd etdi ki, 7 ixtisas üzrə 527 tələbə məzun adına laiq görülüb. O, kollecin yaranma tarixindən, məzunların şərəfli bir peşəyə yiyələnmələrindən danışdı. Gələcəyin tibb işçilərinə şərəfli və məsuliyyətli işlərində uğurlar və müvəffəqiyyətlər arzuladı. Maraqlı nitqi ilə məzunları Yasamal rayon İcra Hakimiyyətinin başcısı Əziz Əzizov təbrik edərək vurğuladı ki, ümummilli lider Heydər Əliyev ölkə rəhbəri olduğu ilk dövrdən quruculuğu ilə yanaşı, gənclərin himayədarı olaraq sağlam düşüncələri yeni nəslin yetişdirilməsini cəmiyyətin mühüm vəzivəsi hesab edib. Bu gün də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən dövlətin və cəmiyyətin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında gənclərin iştirakına xüsusi diqqət yetirilir. Valideynləri, müəllim heyətini və tələbələri məzun günü münasibətilə təbrik edib, onlara gələcək fəaliyyətində Tibb kollecinin adını uca tutmağa və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verməyə çağırdı. Digər qonaqlar da çıxışları ilə təbriklərə qoşuldular. Sonra məzunların “Andiçmə” mərasimi keçirildi. Rəsmi hissənin sonunda oxuduğu müddətdə yüksək təhsil göstəriciləri və ictimai fəallığı ilə seçilən bir qrup məzun tələbələr kollecin Fəxri Fərman və hədiyyələrilə təltif olundu. Tədbirin bədii hissəsində məzunların 3 il təhsil aldıqları müddətdə tələbə həyatından bəhs edən qısa film nümayiş olundu. Daha sonra tələbələrin hazırladığı şeir kompozisiyaları, videoçarx, musiqi nömrələri, kollecin “Şəfa” rəqs qrupu, “Təbib” xor qrupu ifasında çıxışlar bir-birini əvəz etdi.