Edumall Preloader

Məzun 2022

_DSC4689
Xəbərlər

Məzun 2022

24.06.2022-ci il tarixində 2 nömrəli Bakı Baza Tibb kollecində “Məzun Günü” keçirildi. Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başcısı Elşad Həsənov, Yasamal Rayon İcra hakimiyyətinin başcısının müavini Təravət Muradova, Yasamal Rayon İcra Hakimiyyətinin digər nümayəndələri, akademik M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının direktor müavini Telman İbadov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi "İnsan
Resursları" şöbəsinin mütəxəssisi Təranə Əhmədova, kollecin əməkdaşı şəhid Mürsəl Kazımlının valideyinləri və digər qonaqlar iştirak etdilər.

Tədbirə Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanıldı, şəhidlərimizin ruhu 1 dəqiqəlik sükütla yad edildi. Tədbiri kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq, məzunları təbrik etdi və onlara ən xoş arzularını çatdırdı. Təbrik üçün söz Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənova verildi. Orta tibb işcilərinin “Andiçmə” mərasimi keçirildikdən sonra, kollecin qaziləri, müharibə iştirakcıları, fərqlənən tələbələri Təşəkkürnamə və Fəxri Fərmanlarla təltif edildilər.

Tədbir kollecin “Şəfa” rəqs qrupu və “Təbib” xor qrupunun musiqili-bədii kompozisiyası ilə davam etdi.