Edumall Preloader

Məzun-2025

photo_2025-06-25_18-04-26
Fotoqalereya Xəbərlər

Məzun-2025

25 iyun 2025-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində “Məzun-2025” adlı təntənəli tədbir keçirildi. Tədbirdə Səhiyyə Nazirliyinin, Səhiyyə İşçiləri Respublika Həmkarlar İttifaqının rəhbər şəxsləri və digər rəsmi qonaqlar iştirak etdilər.

Azərbaycan Respublikası Səhiyyə nazirinin müavini İlqar Qasımov təbrik nitqi ilə çıxış edərək, orta tibb təhsilli kadrların səhiyyə sistemində mühüm rolunu vurğuladı. 

Kollecin direktoru Dilarə Məmmədəliyeva məzunları təbrik edərək, onlara gələcək peşə fəaliyyətində uğurlar arzuladı, məzunların ölkə səhiyyəsinin inkişafına böyük töhfələr verəcəyindən danışdı. 

Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elnara Muradova çıxışında tibb təhsili sahəsində keyfiyyətin yüksəldilməsinin dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu qeyd etdi.

Tədbir çərçivəsində çıxışlar, videoçarxlar və kollecin tələbələri tərəfindən hazırlanan bədii kompozisiyalar təqdim olundu, məzunlar üçün “Orta tibb işçisinin andiçmə mərasimi” keçirildi.