Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı ilə "Gənclərlə iş üzrə" komissiyası tərəfindən bacarıqlı gənc həmkarlarla yeni layihəyə başlanılıb. Layihədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin bir qrup fəal tələbəsi iştirak edib. Layihənin əsas məqsədi gənclərin yaradıcılıq qabiliyyətini artırmaq, onlarda komanda işini, səbri və diqqəti inkişaf etdirməkdir. Gildən əşyaların hazırlanması onlara mədəni irsi öyrənmək və sənət sahəsində yeni bacarıqlar qazanmaq imkanı yaradır.