Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində Konstitusiya və Suverenlik İli çərçivəsində 24 sentyabr 2025-ci il tarixində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi, Mədəni İnkişaf və Dialoq İctimai Birliyinin iştirakı ilə “Müasir dövrdə milli ideyanın yeni hədəfləri” mövzusunda tədbir keçirilib. Layihənin əsas məqsədi gənclərdə milli ideya və dövlətçilik dəyərlərinin təbliği, onların vətənpərvərlik ruhunda formalaşdırılması, həmçinin milli birliyin və ictimai həmrəyliyin gücləndirilməsidir