Musiqili körpü
Yanvar 8, 2024 2024-01-08 12:09Musiqili körpü
Festivalı Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 27 dekabr 2023-cü il tarixində Həmrəylik Günü və Yeni il münasibəti ilə Azərbaycan Respublikası təhsil müəssisələri arasında “Musiqili körpü” adlı Festival baş tutub. Tələbə Gənclərin Həmrəyliyini nümayiş etdirən festivalda Səhiyyə Nazirliyi 1 nömrəli Bakı Tibb Kolleci, Səhiyyə Nazirliyi Sumqayıt Tibb Kolleci, Pedaqoji Kollec, Bakı Avrasiya, Odlar Yurdu, Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan Memarlıq və İnşaat Universitetlərin tələbə nümayəndələri mahnı və rəqs nömrələri ilə çıxış ediblər. Hər musiqi nömrəsi tələbələr tərəfindən coşqu ilə qarşılanıb və əsl bayram abu havası yaradıb. Sonda festival iştirakçılarına Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kolleci tərəfindən hazırlanan hədiyyələr təqdim olunub, xatirə şəkilləri çəkilib.
Son xəbərlər
Təcrübi bacarıqlar üzrə İlin Ən Yaxşı Qrupu
Yanvar 30, 2025Təlimçilər üçün Təlim (ToT)
Yanvar 28, 2025Şəhidlər Xiyabanı
Yanvar 21, 2025Axtarış