Edumall Preloader

“Nəsimi 650” ağacəkmə aksiyası

"Nəsimi 650" ağacəkmə aksiyası
Xəbərlər

“Nəsimi 650” ağacəkmə aksiyası

Dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı keçirilən ağacəkmə kampaniyası respublikanın bütün regionlarını əhatə etdi.
Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında kollecimizin müəllim-tələbə heyəti iştirak etdi. 2000 nəfərin iştirak etdiyi ağacəkmə kampaniyasında şam, küknar, dekorativ gül və kol bitkiləri olmaqla, ümumilikdə 3700 müxtəlif növ ağaclar əkilmişdir.Gənclər və tələbələr ərazidə yallı gedərək havaya bayraq rəngli şarlar uçurdular.
650 min ağacın əkilməsi ölkəmizdə yaşıllıqların daha da artırılmasına, bütün bəşəriyyət üçün qlobal problem olan iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, karbon qazının udulmasına, həm də torpaqların şoranlaşmasının qarşısının alınmasına müsbət təsir göstərəcək.