Edumall Preloader

Narkomaniya – həyatın sonuna aparan yoldur

IMG_20230921_125107
Xəbərlər

Narkomaniya – həyatın sonuna aparan yoldur

Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində 21 və 28 sentyabr 2023-cü il tarixlərində “Narkomaniya – həyatın sonuna aparan yoldur” mövzusunda tədbirlər keçirilib. Azərbaycan Respublikası Qeyri-hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yanında “Miqrasiya Sahəsinin İnkişafı” ictimai Birliyinin təşkilatçılığı ilə keçirilən tədbirləri birliyin sədri Vidadi Fətullayev açıq elan edib.

Tədbirlərdə Yasamal rayon NMDK-nin katibi Rasim Əliyev və həmin qurumun sektor müdiri Vasif Quliyev, “Gənc marketoloq” reklamlar İctimai Birliyinin sədri Hafiz Əzəmmətov, kollecin müəllim və tələbə heyəti iştirak edib. Tədbirlərin əvvəlində ərazi bütövlüyümüz uğrunda və antiterror hərəkatında həyatını qurban vermiş şəhidləimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Kollecin direktoru Dilarə Məmmədəliyeva əsrin ən böyük faciəsi olan narkomaniyaya qarşı mübarizə tədbirlərinin təşkilində əlaqədar təşkilatlara, o cümlədən “Miqrasiya Sahəsinin İnkişafı” ictimai Birliyinin sədri Vidadi Fətullayevə minnətdarlığını bildirib. Bu kimi maarifləndirici tədbirlərin əhəmiyyəti vurğulanıb. Qonaqların narkomaniya ilə mübarizə haqqında maraqlı çıxışlarından sonra “Bakı Uşaq və Gənclər Teatrı”nın quruluşunda “Həyatın oyunu” tamaşası nümayiş etdirilib.

Narkomaniyanın acı nəticələri, fəsadları, yayılma yolları haqqında ətraflı məlumatları ehtiva edən tamaşanın ssenari müəllifi Arzu Soltan, quruluşçu rejissoru İntiqam Soltandır. Sonda tədbir iştirakçılarına MSİ İB tərəfindən hazırlanmış maarifləndirici bukletlər və qovluqlar paylanılıb.