Novruz-2018
Mart 15, 2018 2018-03-15 0:00Novruz-2018
Novruz-2018
2018.03.15 “Novruz-2018” adlı tədbir keçirildi. Tədbirdə qonaq qismində Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavinləri Təravət Muradova, Azad Niyazov, Respublika Klinik Xəstəxanasının baş həkimi Telman İbadov, Respublika Uşaq Klinik Xəstəxanasının baş həkimi Nərgiz Qaşımova, Elmi-Tədqiqat Pediatriya İnstitutunun Baş həkimi Tamilla Şahbazova, 1 nömrəli Tibb Kollecinin direktoru Nəriman Mövsümov iştirak etdilər.
Tədbiri kollecin direktoru Dilarə Məmmədəliyeva açaraq qonaqları, müəllim-tələbə heyətini Novruz bayramı münasibəti ilə təbrik edib, səhnəyə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizovu dəvət etdi. Ə.Əzizov çıxışında tədbir iştirakçılarını bayram münasibəti ilə təbrik etdi.
Kollecin tələbələrinin əl işlərindən təşkil olunmuş sərginin nümayişi ilə başlayan tədbir möhtəşəm bayram şənliyi ilə başa çatdı.
2018.03.16 Yasamal Rayon İcra Hakimiyyətinin Yasamal parkında təşkil etdiyi novruz şənliyində kollecin direktoru və bir qrup müəllim-tələbə heyəti iştirak etmişlər. Digər tələbələr kollecin himayəsində olan serebral iflic xəstəliyindən əziyyət çəkən Piriyeva Arzu Ağaverdi qızını ziyarət edib ona bayram ərəfəsində böyük sevinclər bəxş etdilər. Bayram sovqatı ilə bu ailənin evində oldular.