Novruz Bayramı
Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində Novruz Bayramı münasibətilə təntənəli tədbir keçirilib. Tədbirdə kollecin müəllim və tələbə heyəti iştirak edib. Kollecin direktoru Dilarə Məmmədəliyeva çıxış edərək, iştirakçıları bayram münasibətilə səmimi qəlbdən təbrik edib, Novruzun milli-mənəvi dəyərlərimizdəki önəmini vurğulayıb.
Tədbirin bədii hissəsi xüsusi coşqu və rəngarəngliyi ilə yadda qalıb. Tələbə Həmkarlar İttifaqı Komitəsi və Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə hazırlanan musiqi və rəqs nömrələri tədbirə daha da rəng qatıb.
Bayram tonqalı ətrafında toplaşan iştirakçılar qədim ənənələrə uyğun olaraq yallı gedib, Novruzun ruhunu birlikdə yaşayıblar. Tədbir daha sonra əyləncəli DJ proqramı ilə davam edərək xoş ovqatla başa çatıb.
Son xəbərlər
Axtarış