“Novruz gəlir, yaz gəlir!”
Mart 27, 2023 2025-02-24 17:13“Novruz gəlir, yaz gəlir!”
17.03.2023-cü il tarixində 2 nömrəli Bakı Baza Tibb kollecində “Novruz gəlir, yaz gəlir!” adlı bayram şənliyi keçirildi.
Tədbirdə kollecin rəhbərliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının layihə meneceri Rüfət Rüstəmov, 1 nömrəli Bakı Tibb kollecinin Tələbə Gənclər Təşkilatının sədri Elnur Həsənbəy və müəllim-tələbə heyəti iştirak etdilər.
Kollecin direktoru Dilarə Məmmədəliyeva çıxış edərək müəllim və tələbələri “Novruz” bayramı münasibətilə təbrik edərək, onlara xoşbəxtlik, yeni-yeni nailiyyətlər əldə etmələrini arzu etdi və təbriklə yanaşı onu da vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qalib Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad edib və xalqımız həmin torpaqlarımızda “Novruz” bayramını böyük coşğu ilə qeyd edir.
THİK və TGT tərəfindən hazırlanan rəngarəng bayram proqramı izləyicilərin hər birində xoş təəssürat yaratdı. Tədbir iştirakçıları xalqımızın əsrlər boyu qoruyub saxladığı milli-mənəvi dəyərləri özündə əks etdirən səhnələrə, milli geyimlərimizin, mətbəximizin və xalq yaradıcılığının ən gözəl nümunələrinə tamaşa etdilər.
“Novruz gəlir, yaz gəlir!” bayram şənliyi tədbir iştirskçılarının alqışları ilə başa çatdı.
Son xəbərlər
Bayram ziyarəti
Aprel 3, 202531 Mart – Azərbaycanlıların Soyqırımı Günü
Aprel 3, 2025Novruz Bayramı
Aprel 3, 2025Axtarış