Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecində 16-20 dekabr 2024-cü il tarixlərində “Tibb bacısı (qardaşı) işi” və “Mamalıq işi” şöbələrinin III kurs tələbələri üçün OSKİ (Obyektiv Strukturlaşmış Klinik İmtahan) keçirilib.
İmtahan üçün bacarıqlar müvafiq sahənin müəllimləri tərəfindən hazırlanıb. İmtahanın yüksək səviyyədə keçirilməsini təşkil etmək məqsədilə əvvəlcədən komissiyalar yaradılıb.
“Tibb bacısı (qardaşı) işi” şöbəsinin tələbələri Tibb bacısının işi, Cərrahiyyədə tibb bacılığı və Pediatriyada tibb bacılığı, “Mamalıq işi” şöbəsinin tələbələri Mamalıq və ginekologiya, Neonatologiya fənlərindən imtahan veriblər. İmtahanda mulyaj və alətlərlə təchiz olunmuş 5 məntəqə fəaliyyət göstərib. Müəllimlər tərəfindən tələbələrin bacarığı müvafiq olaraq qiymətləndirilib.
OSKİ imtahanları tələbələrin təhsil müddətində topladığı bilik və bacarıqların praktikada tətbiqini nümayiş etdirməyə imkan verir.