Odlar Yurdu Universitetində “İlk yardım – yeni həyata addım” mövzusunda maarifləndirici təlim
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin Tələbə Gənclər Təşkilatının təşkilatçılığı və Odlar Yurdu Universitetinin Tələbə Gənclər Təşkilatının tərəfdaşlığı ilə 24 aprel 2024-cü il tarixində OYU-da “İlk yardım - yeni həyata addım” mövzusunda maarifləndirici təlim keçirilib.
Təlim kollecin “Şəfa” rəqs ansamblının çıxışı ilə açılıb. Daha sonra kollecin tələbələri böyüklərdə və uşaqlarda boğulma, bayılma və qıcolma, tənəffüs yollarının tıxanması, qanaxmalar və yanıqlar zamanı ilk yardım mövzusunda təlim göstərib.
Sonda təlim kollecin “Təbib” xor qrupunun ifası ilə yekunlaşıb.