Onlayn görüş
Yanvar 26, 2026 2026-01-26 15:38Onlayn görüş
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecinin təşəbbüsü və təşkilatçılığı ilə 26 dekabr tarixində zoom platforması üzərindən Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın tibb təhsili üzrə fəaliyyət göstərən universitet və kolleclərinin nümayəndələri ilə onlayn görüş keçirilib. Görüş zamanı 27 noyabr tarixində keçirilmiş “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Tibb bacısı və Mamalıq sahələri üzrə I Beynəlxalq Elmi-Praktik Konfransı”nın nəticələri və əhəmiyyəti müzakirə edilib. Konfransın yüksək səviyyədə təşkil edildiyi xüsusi vurğulanaraq, yüksək qiymətləndirilib.
Görüşdə tibb bacısı və mama sahələrinin inkişafı, bu istiqamətdə tədrisin təkmilləşdirilməsi, həmçinin təcrübə mübadiləsi və birgə fəaliyyətə dair əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb. Görüş gələcək əməkdaşlıq üçün mühüm addım kimi dəyərləndirilib.
Son xəbərlər
“Hemofiliya və talassemiya”
Fevral 7, 2026Yeni hazırlanmış tədris planlarının müzakirəsi
Fevral 7, 2026Gəncİntellekt
Fevral 7, 2026Axtarış