Edumall Preloader

Patronaj tibb bacısının əhəmiyyətli rolu

Patronaj tibb bacısının əhəmiyyətli rolu
Xəbərlər

Patronaj tibb bacısının əhəmiyyətli rolu

Hamilə qadınların və erkən yaşlı uşaqların patronaj xidməti xüsusi əhəmiyyət kəsb edir. UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə “Patronaj xidmətlərin gücləndirilməsi” layihəsi çərçivəsində 2 nömrəli Bakı Baza Tibb kollecində Diplomdansonrakı təhsil üzrə respublikada çalışan orta tibb işçiləri üçün “Hamilə qadınlara və erkən yaşlı uşaqlara patronaj xidmətinin universal proqressiv modeli” adında tematik kurslar təşkil olunmuşdur.
Eyni zamanda tələbələrə layihə üzrə patronaj tibb bacısının yeni rolu, evlərə ziyarətlərin təşkil olunmasının yeni modeli, zorakılıq halları zamanı tibb işçisinin taktikası, doğuşdan sonrakı depressiya, körpələrin qəfil ölüm sindromu, silkələnmiş beyin sindromu, erkən uşaq inkişaf dövrünün əhəmiyyətini əks etdirən mövzularla bağlı maarifləndirici mühazirələr keçirilmişdir. Məqsəd: patronaj tibb bacısı tərəfindən azyaşlı uşaqları olan ailələrin evlərinə ziyarətlər zamanı göstərdiyi xidmətləri gücləndirmək və uşaqların yaşadıqları mühiti qiymətləndirərək onların sağlamlığı və inkişafı üçün valideynlərə dəstək olmaqdır. Sözü gedən mövzuların növbəti tədris ilinin mövzu-təqvim planlarına əlavə edilməsi planlaşdırılır.