Edumall Preloader

Praktiki tibbi təlim

Snapinsta.app_344894396_6273628799360821_7694115256295337198_n_1080
Xəbərlər

Praktiki tibbi təlim

28.04.2023-cü il tarixində 2 nömrəli Bakı Baza Tibb kollecində “ALTRİX” praktiki tibbi təlim tədrisi tərəfindən trening keçirildi.

Treninqdə “Tibb bacısı (qardaşı) işi -1” və “Tibb bacısı (qardaşı) işi -2” şöbələrinin bir qrup tələbələri iştirak etdilər. Treninqdə vaxtından əvvəl doğulmuşların küvezdə yerləşdirilməsi, onlara qulluq qaydaları, yenidoğulmuşlara tətbiq olunan reanimasiya üsulları haqqında müasir məlumatlar nümayiş etdirilərək, tələbələrə bu qaydaları sərbəst yerinə yetirmələrinə imkan yaradıldı.

“ALTRİX” şirkətinin ABŞ-da fəaliyyət göstərən nümayəndəsi ilə kompüter vasitəsi ilə əlaqə yaradılaraq mövzulara aid video görüntülər nümayiş etdirildi.