Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli Bakı Baza Tibb kollecinin akt zalında Tələbə Gənclər Təşkilatının (2BBTKTGT) təşkilatçılığı və psixoloq Samirə Bağırovanın iştirakı ilə “Aqressiv davranış və depressiya” mövzusunda görüş keçirilib. Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparılıb. Sonda tələbələrin sualları cavablandırılıb.