Azərbaycan Respublikasının vətəndaşları kollecə qəbul olmaq hüququna malikdirlər;
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinə qəbul tam orta bazasında Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir;
Beynəlxalq əməkdaşlıq çərçivəsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər kollecdə təhsil ala bilərlər;
Təhsil əyani formada, ödənişsiz və ödənişli əsaslarla keçirilir;
Müsabiqə tibb bacısı (tibb qardaşı), mama və əczaçı ixtisasları üzrə rus bölməsi ilə birlikdə aparılır;
Kollecin ixtisasartırma və təkmilləşmə kurslarına qəbul Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən təsdiq olunmuş təqvim planına və qaydalarına əsasən həyata keçirilir;