Bu gün Vətən uğrunda canını fəda etmiş kollecimizin əməkdaşı, qəhrəmanımız Kazımlı Mürsəl Kamil oğlunun cənnətdəki 33-cü yaş günüdür. Onun doğumunu qürurla, şəhidliyini isə dərin ehtiramla yad edirik.
Mürsəl yüzlərlə günahsız insanın intiqamını almaq və torpaqlarımızı qorumaq naminə 28 yaşında canını fəda edərək şəhidlik zirvəsinə ucaldı. Qısa, lakin mənalı ömrü ərzində mərhəməti, tərbiyəsi və işinə olan məsuliyyəti ilə kollektivin sevimlisinə çevrilmişdi. Hər kəsin qəlbində iz qoyaraq, xatirələrdə yaşayır.
Doğum günü münasibətilə kollec rəhbərliyi və müəllim heyəti şəhidimizin məzarını ziyarət edərək, onun əziz xatirəsini ehtiramla andılar.