Edumall Preloader

Qələbəli Novruz 2022

IMG-3533
Xəbərlər

Qələbəli Novruz 2022

17.03.2022-ci il tarixində 2 nömrəli Bakı Baza Tibb Kollecində “Qələbəli Novruz” adlı bayram şənliyi keçirildi. Tədbirdə kollecin rəhbərliyi, müəllim-tələbə heyəti iştirak etdilər. 

Kollecin direktoru Dilarə Məmmədəliyeva çıxış edərək qeyd etdi ki, 2  ildir 30 il ürəyimizdə qübar bağlayan böyük arzumuza çatmışıq. Artıq Şuşada, Cıdır Düzündə Novruz tonqalları qalayırıq, Novruz bayramını Zəfər bayramımız kimi qeyd edirik. Arzumuz budur ki, ölkəmizdə daim əmin-amanlıq hökm sürsün! Şanlı Zəfərimiz yolunda canını qurban verən Şəhidlərimizin ruhu hər zaman şad olsun! Daha sonra müəllim və tələbələri Novruz bayramı münasibətilə təbrik edərək, onlara xoşbəxtlik, yeni-yeni nailiyyətlər əldə etmələrini arzu etdi.

THİK və TGT tərəfindən hazırlanan rəngarəng bayram proqramı izləyicilərin hər birinə gözəl hisslər bəxş etdi, xoş təəssürat yaratdı. “Qələbəli Novruz” bayram tədbiri alqışlarla başa çatdı.