Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb kollecinin bir qrup tələbəsi könüllü olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankında Talassemiya Mərkəzi üçün keçirilən qanvermə aksiyasında iştirak edib.